Kanadalı hücumçu "Yuventus"dan ayrılacaq?

Kanadalı hücumçu "Yuventus"dan ayrılacaq?

 
0

Conatan Deyvid mətbuatda yayılan şayiələrə baxmayaraq “Yuventus”dan ayrılmağı planlaşdırmır.

Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Kanadalı hücumçu tamamilə Turin nəhəngində çıxışına diqqət yetirib və digər klublarla heç bir təmas olmayıb. 25 yaşlı forvard İtaliya klubunda qalıb əsas heyət uğrunda mübarizə aparmağa davam edəcək.

Qeyd edək ki, Conatan Deyvid bu ilin yayında "Lill"lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Yuventu"a qoşulub. Kanada millisinin üzvü “qoca sinyora”nın heyətində bütün turnirlərdə meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...