İtaliyada növbəti istefa -    Buffon da getdi

İtaliyada növbəti istefa - Buffon da getdi

 
0

İtaliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsində uğursuz çıxışı ölkə futbolunun rəhbərliyində ciddi dəyişikliklərə səbəb olmağa davam edir.

Sportal.az xəbər verir ki, İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina istefasından milli komandanın direktoru vəzifəsini tərk etdiyini əfsanəvi Cianluici Buffon da rəsmi şəkildə təsdiqləyib.

Bu qərar, İtaliyanın pley-off finalında Bosniya və Herseqovina millisinə penaltilər seriyasında məğlubiyyətindən sonra verilib. “Skuadra Adzurra” üçün bu, artıq ardıcıl üçüncü dəfə dünya çempionatını buraxmaq deməkdir (2018 və 2022-ci illərdən sonra). Bu isə ölkə futbolu üçün görünməmiş bir böhran sayılır və genişmiqyaslı islahatların başlanmasına səbəb olub.

Komandanın baş məşqçisi Cennaro Qattuzonun taleyi qeyri-müəyyən olaraq qalır. Milli komandanın uğursuzluqlarını hər zaman şəxsi faciə kimi qəbul edən Buffon bu nəticədən dərindən sarsıldığını bildirib və rəsmi açıqlamasında hisslərini bölüşüb.

Buffon qeyd edib ki, əvvəlcə ona vəziyyəti soyuqqanlı şəkildə dəyərləndirmək üçün gözləmək tövsiyə olunub. Lakin Qravinanın istefasından sonra o, məsuliyyətli addım atmalı olduğunu hiss edib.

Keçmiş qolkiper vurğulayıb ki, onun əsas məqsədi Qattuzo və məşqçilər heyəti ilə birlikdə İtaliyanı yenidən dünya çempionatına qaytarmaq idi. Bu məqsəd reallaşmadığı üçün o, vəzifədən getməyi düzgün hesab edir.

PaylaşPaylaş

Şərhlər yüklənir...