İtaliya millisinin üzvü uzun müddət oynamayacaq

İtaliya millisinin üzvü uzun müddət oynamayacaq

 
0

“Atalanta”nın müdafiəçisi Raul Bellanova zədə səbəbindən bir müddət komandaya kömək edə bilməyəcək.

Sportal.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat verib.

25 yaşlı futbolçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunun “Çelsi” ilə oyununda (2:1) zədələnib və 17-ci dəqiqədə əvəzlənib.

Tibbi müayinənin nəticələrinə əsasən, italiyalı oyunçuda sağ budun arxa hissəsindəki “hamstrinq” vətərinin zədəsi aşkarlanıb. Bu səbəbdən onun təxminən 40–45 gün məşqlərdən və matçlardan kənarda qalacağı bildirilib.

Qeyd edək ki, İtaliya millisinin üzvü olan Bellanova cari mövsümdə "Atalanta"nın heyətində 19 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...