İtaliya millisində ciddi itki:    Almaniyaya qarşı oynamayacaq

İtaliya millisində ciddi itki: Almaniyaya qarşı oynamayacaq

 
0

İtaliya milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, müdafiəçi Rikardo Kalafiori sıradan çıxıb.

"Arsenal"ın futbolçusu UEFA Millətlər Liqası pley-off mərhələsinin Almaniya yığması ilə ilk matçında (1:2) dizindən zədələnib. 22 yaşlı sol cinah müdafiəçisi millinin heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, İtaliya seçməsi 23 mart tarixində Almaniya ilə səfərdə cavab oyununa çıxacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...