İstanbul klubunun yeni baş məşqçisi bəlli oldu

İstanbul klubunun yeni baş məşqçisi bəlli oldu

 
0

Türkiyənin "Eyüpspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Orhan Ak çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul klubu 46 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Orhan Akın son iş yeri "Fatih Karagümrük" olub. "Eyüpspor" isə Selçuk Şahinlə yollarını ayırıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...