İspaniya millisinin üzvü 1 ay oynamayacaq

İspaniya millisinin üzvü 1 ay oynamayacaq

 
0

"Betis"in futbolçusu İsko bir müddət komandasına kömək edə bilməyəcək.

Sportal.az xəbər verir ki, topuğundan zədələnən ispaniyalı vinger sabah əməliyyat olunacaq. Bu barədə yerli mətbuat məlumat yayıb.

33 yaşlı ön xətt oyunçusu təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, İsko2023-cü ilin yayında "Betis"də çıxış edir. İspaniya millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol ötürməsi edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...