İspaniya millisindən tarixi rekord

İspaniya millisindən tarixi rekord

 
0

İspaniya millisinin yeni tarixi rekorda imza atıb.

Sportal.az xəbər verir ki, Pireney təmsilçisi 2024-cü ildə 14 qələbə qazanıb.

Yoldaşlıq oyunlarını da nəzərə almaqla 17 qarşılaşmaya çıxan İspaniya cəmi 3 oyunda qələbə qazana bilməyib. Bu nəticə milli komandanın tarixində yeni rekord kimi qeydə alınıb. Əvvəlki rekord isə 2010-cu ilə aiddir. Həmin il İspaniya yığması 13 dəfə qalib gəlməyi bacarmışdı.

Xatırladaq ki, Luis de la Fuentenin rəhbərliyi altındakı komanda Millətlər Liqasının VI turunda İsveçrəni 3:2 hesabı ilə məğlub edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...