İspaniya millisində ciddi itki    - Türkiyəyə qarşı oynamayacaq

İspaniya millisində ciddi itki - Türkiyəyə qarşı oynamayacaq

 
0

"Barselona"nın futbolçusu Qavi İspaniya millisinin qarşıdakı matçlarında iştirak etməyəcək.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi sağ dizində ağrılar olduğu üçün millinin düşərgəsində yer almayacaq.

O, DÇ-2026-nın seçmə mərhələsinin Bolqarıstan və Türkiyə ilə görüşlərində oynamayacaq.

Xatırladaq ki, gənc futbolçu çarpaz bağları qırılmış dizində ağrılar olduğu üçün bir müddət meydana çıxmayacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...