
İspaniya - Argentina matçının məkanı və vaxtı açıqlandı
0
Argentina ilə İspaniya arasında keçiriləcək "Finalisssima" oyununun məkanı və vaxtı açıqlanıb.
Sportal.az xəbər verir ki, qarşılaşma gələn il martın 27-də Qətərin paytaxtı Dohada keçiriləcək. Bu barədə hər iki ölkənin futbol federasiyasının mətbuat xidməti mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Finalisssima" Cənubi Amerika ilə Avropa çempionu arasında təşkil olunur.



