
"İspaniya 2026-cı il dünya çempionatında əsas favoritdir"
0
İngiltərə millisinin keçmiş hücumçusu Qari Lineker DÇ-2026-da favorit hesab etdiyi milli komandalardan danışıb.
Sportal.az “Marca”a istinadən xəbər verir ki, millinin veteran forvardı bunları söyləyib:
"İspaniya əsas favoritdir. Onların əla oyunçuları var. Eyni şey İngiltərə üçün də keçərlidir, amma tarixən dünya çempionatlarında çoxlu problemlərimiz var. Messinin də yer alacağı Argentina və Fransa yığmasını da unutmamalıyıq".
Lineker 1984-1992-ci illərdə İngiltərə millisində 80 matça çıxıb və 48 qol vurub.



