
İsgəndərlinin komandası uduzdu
0
Albaniya Superliqasında VI tura start verilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani" "Tirana"nı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 0:3 hesablı ağır məğlubiyyəti ilə yekunlaşıb.
İsgəndərli bütün matçı ehtiyat oyunçular skamyasından izləyib. "Partizani" hazırda dörd xalla doqquzuncu pillədədir.