
İnyesta Mərakeş millisində vəzifə ala bilər
Andres İnyesta Mərakeş milli komandasının idman direktoru ola bilər. Məlumata görə, Mərakeş Futbol Federasiyası keçmiş ispan futbolçunu milli komandada rəhbər vəzifəyə gətirməyi nəzərdən keçirir. Söhbət əsasən idman direktoru postundan gedir.
Sportal.az xəbər verir ki, federasiya hesab edir ki, İnyestanın böyük futbol təcrübəsi və beynəlxalq nüfuzu komandanın inkişafına kömək edə bilər. Onun əsas vəzifəsi milli komandanın strukturunun inkişafı, gənc futbolçuların yetişdirilməsi və komandanın böyük turnirlərə hazırlığının gücləndirilməsi ola bilər. Bu barədə məlumatı insayder Fabritsio Romano yayıb.
Bildirilir ki, tərəflər arasında danışıqlar davam edir, lakin hələlik rəsmi müqavilə imzalanmayıb.
Mərakeş Futbol Federasiyası milli komandanı qarşıdakı böyük turnirlərə, xüsusilə də 2026 və 2030 dünya çempionatlarına daha güclü şəkildə hazırlamaq istəyir. İnyestanın posta gəldikdən sonra baş məşqçi vəzifəsinə sabiq komanda yoldaşı Xavini gətirəcəyi də gözlənilir.



