"İnter"dən 25 milyon avroluq transfer

"İnter"dən 25 milyon avroluq transfer

 
0

"Lans"ın yarımmüdafiəçisi Andi Diuf karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "İnter" fransalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Milanlılar Diuf üçün onun klubuna 20+5 milyon avro təzminat ödəyəcək. 22 yaşlı orta xətt oyunçusu "İnter"lə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, 2023-cü iilin yayında "Bazel"dən transfer edib. Fransa U-21 millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...