"İnter" Niderland millisinin üzvü ilə müqavilə imzaladı

"İnter" Niderland millisinin üzvü ilə müqavilə imzaladı

 
0

İtaliyanın "İnter" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Milan təmsilçisi Denzel Dyumfrisin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı sağ cinah müdafiəçisi 2028-ci ilin yayına kimi A Seriyası klubuna məxsus olacaq.

Qeyd edək ki, "İnter" Denzel Dyumfrisi 2021-ci ilin yayında PSV-dən transfer edib. Niderland millisinin üzvü olan 28 yaşlı futbolçu bu mövsüm "göy-qaralar"ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...