"İnter" italiyalını buraxmaq istəmir

"İnter" italiyalını buraxmaq istəmir

 
0

"İnter" Federiko Dimarkonu buraxmaq istəmir.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, "nerazzura" italiyalıya yeni müqavilə təklif edib.

Tərəflər arasında razılıq əldə olunub.

27 yaşlı müdafiəçinin "İnter"lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, 18 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...