"İnter" İspaniya millisinin üzvünə "elçi düşdü"

"İnter" İspaniya millisinin üzvünə "elçi düşdü"

 
0

"Latsio"nun müdafiəçisi Mario Xila İtaliya A Seriyasında klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "İnter" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Milan klubu Xila üçün 20 milyon avro ödəməyə hazırdır. Lakin "Latsio" daha çox məbləğ tələb edir. Çünki 25 yaşlı mərkəz müdafiəçisinin satışından əldə olunan gəlirin 50 faizi onun sabiq klubu "Real"a ödənəcək.

Qeyd edək ki, "Latsio" Mario Xilanı 2022-ci ilin yayında "Real"dan 6 milyon avroya transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Roma təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...