
İngiltərə millisinin üzvü London klubuna təklif olundu
0
"Monako"nun müdafiəçisi Erik Dayer ölkəsinə qayıda bilər.
Sportal.az xəbər verir ki, ingiltərəli müdafiəçi "Vest Hem"ə təklif olunub. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
London klubu Dayeri heyətinə qatmaq fürsətini dəyərləndirməyə isti yanaşır. 31 yaşlı mərkəz müdafiəçisi ilə "Milan" da maraqlanır.
Qeyd edək ki. Erik Dayer mövsümün əvvəlində "Bavariya" ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Monako"ya keçib. İngiltərə millisinin üzvü Fransa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol vurub.