II Liqada XVI tura yekun vuruldu

II Liqada XVI tura yekun vuruldu

 
0

Futbol üzrə Azərbaycan II Liqasında XVI tura yekun vurulub.

Sportal.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.

"Dinamo" Binə qəsəbə stadionunda "Şirvan"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 19-a yüksəldən "Dinamo" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 26 xalı olan "Şirvan" isə 6-cı yerdədir.

"Dinamo" - "Şirvan" 3:1

Qollar: V.Seyidov, 33 (pen), Ə.Abbasov, 54, Y.Qarayev, 90+1 - Ü.Quliyev, 16

PaylaşPaylaş

Şərhlər yüklənir...