
İbrahima Vadji yenidən Azərbaycanda oynayacaq - RƏSMİ
0
"Turan Tovuz" növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, Tovuz təmsilçisi İbrahima Vadji ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son dəfə Fransanın "Sent-Etyen" klubunda oynamış seneqallı ilə 1+1 illik müqavilə imzalanıb.
30 yaşlı hücumçu 2021/2022 mövsümündə "Qarabağ"da çıxış edib.



