
I Liqa klubundan daha bir transfer - RƏSMİ
0
“Şahdağ Qusar” qış transfer dönəmində növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, I Liqa təmsilçisi Arsen Xalilovu heyətinə qatıb. 19 yaşlı futbolçu cari mövsümün sonuna qədər komandada çıxış edəcək.
Qeyd edək ki, Xalilov daha öncə “Neftçi-2” və “Səbail-2”nin heyətində çıxış edib.



