"Heç nə dəyişməyəcək, çempion yenə biz olacağıq!"    - Okan Buruk

"Heç nə dəyişməyəcək, çempion yenə biz olacağıq!" - Okan Buruk

 
0

Qeyd etdiyimiz kimi, bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşib. Həlledici görüşdə "Fənərbaxça" "Qalatasaray"dan üstün olub.2:0

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qalatasaray"ın baş məşqçisi Okan Buruk bunları qeyd edib:

“Öz keyfiyyətimizin altında çox iş gördük. Sarı kartı olan Sançezi oyundan çıxardıq, Leminanı müdafiəyə çəkdik. Sonra çox erkən bir qol buraxdıq. Oyunun sonuna qədər skoru dəyişdirəcək qol tapa bilmədik. "Fənərbaxça"nı təbrik etmək istəyirəm, qalib gəlməyi haqq edən tərəf biz deyildik. Buraya qədər gələn və bizi dəstəkləyən azarkeşlərdən üzr istəyirik. Bu stadionda hər şey çətindir, buraya gəlmək çətindir, oyunu izləmək də çətindir. Bu yarışda yenidən güclü şəkildə qayıdacağıq. Öyrənəcəyimiz önəmli bir gün oldu.

Gökmen Özdenakı rəhmətlə yad edək. Milli futbolçu, çox yaxşı bir insan idi. Ölmüş bir insana edilən söyüşlər… Önünə çıxacaq, bunu haqq edəcək bir azarkeş olmadığı üçün seremoniya çıxmadıq. Heç nə dəyişməyəcək, çempion yenə biz olacağıq! Azarkeşlərimizlə yenə çempionluğu qeyd edəcəyik.

Keçən il kubokda bütün oyunları Günay ilə oynadıq. Yarımfinalda "Fənərbaxça", finalda "Trabzonspor" ilə oynadığımız oyunlarda da Günay var idi. Çox yaxşı performans göstərdi. Uğurcan, "Trabzonspor" oyununda artıq yaxşı oynamışdı. Ara-sıra Günayın da oynaması bizim üçün önəmlidir. Buna görə belə bir seçim etdik.”

PaylaşPaylaş

Şərhlər yüklənir...