Hava şəraitinə görə bu oyunun məkanı dəyişdirildi    - Tovuzda oynayacaqlar

Hava şəraitinə görə bu oyunun məkanı dəyişdirildi - Tovuzda oynayacaqlar

 
0

Azərbaycan İkinci Liqasının 21-ci turunda bu gün keçiriləcəyi gözlənilən "Şəmkir" - "Kür Araz" görüşünün məkanı və vaxtında dəyişiklik edilib.

Sportal.az xəbər verir ki, qarşılaşma Tovuz şəhər stadionunda keçiriləcək. Oyuna 18:00-da start veriləcək.

Dəyişikliyə səbəb isə ölkə ərazisində davam edən güclü yağışın olmasıdır.

Görüş isə əvvəlcədən Şəmkir Olimpiya İdman Kompleksində, saat 16:30-da keçirilməli idi.

PaylaşPaylaş

Şərhlər yüklənir...