Hakan Çalhanoğlu zədələndi -    2 həftə oynamayacaq

Hakan Çalhanoğlu zədələndi - 2 həftə oynamayacaq

 
0

İtaliyanın "İnter" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Hakan Çalhanoğlu sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyəli futbolçu sol ayaq əzələsindən zədə alıb. 31 yaşlı oyunçu təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heeyətində meydana çıxdığı 22 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...