Haaland: "Milli formanı üzərində daşımaq böyük şərəfdir"

Haaland: "Milli formanı üzərində daşımaq böyük şərəfdir"

 
0

Norveç millisinin hücumçu Erlinq Haaland İtaliyaya qarşı DÇ-2026-nın seçmə mərhələsi oyunundan əvvəl danışıb.

Sportal.az xəbər verir ki, "Mançester Siti"nin forvardı millisinin böyük uğur qazana biləcəyindən bəhs edib:

"Üzərində milli formanı daşımaq böyük şərəfdir. Bizim fantastik bir nəslimiz var. Milli komanda oyunçularının çoxu zirvədədir. Beş ildən sonra zirvədə olacaq bir çox gənc oyunçu var. Komandadakı bir çox insan inkişaf edir. Uzun müddət keçib, amma indi hiss edirəm ki, kodu sındırdıq və ehtiyac duyduğumuz hər şeyi tapdıq.

2019-cu ildə milli komandaya ilk dəfə qoşulduğumdan bəri təzyiq altındayam. Amma indi bunun öhdəsindən yaxşı gəlirəm. Daha təcrübəli olmuşam. Bilirik ki, bu, son matçımızdır və dünya çempionatındakı yerimizi təmin etmək üçün hər şeyi edəcəyik. Maksimum xal qazana bilərik və qalib gəlməyə çalışacağıq".

Qeyd edək ki, İtaliya – Norveç matçı bu gün keçiriləcək və oyuna Bakı vaxtı ilə 23:45-də start veriləcək. Norveç I qrupunda 21 xalla liderdir. İtaliya 18 xalla 2-ci pillədədir.

PaylaşPaylaş

Şərhlər yüklənir...