
"Genduzi sanki 8 aydır burada bizimlə imiş kimi idi" - "Fənərbaxça"nın baş məşqçisi
Qeyd etdiyimiz kimi, bu gün Türkiyə Superkubokunun qalibi müəyyənləşib. Həlledici görüşdə "Fənərbaxça" "Qalatasaray"dan üstün olub.2:0
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko bunları qeyd edib:
"Genduzinin necə oynadığını gördünüz. Oyun üçün böyük bir xarakter göstərdi. Sanki 8 aydır burada bizimlə imiş kimi idi. Qalibiyyət bayramını ən çox haqq edən oyunçular onlar oldu. Meydanda onlar döyüşdülər. Mənim üçün bu kubok Fənərbaxça ailəsinə və azarkeşlərimizə aiddir. Onlar inanılmazdırlar. Buna görə də bu işi görməyi çox sevirik. Mənim üçün bu azarkeşlərin məşqçisi olmaq böyük bir zövq və şərəfdir. Bugün qeyd edəcəyik və bu, bizim üçün motivasiya olacaq.
Oyunçuların qalibiyyətlər qazanmasına və özünəinamına ehtiyacımız olduğunu demişdim. İmpressiv bir performans göstərdik. 3-4 qol vura bilərdik. Bu da məni sevindirən bir amildir. Sane Almaniyada oynadığımız hər oyunda mənə qol vururdu. Bu dəfə qol vura bilmədiyi üçün xoşbəxtəm.”



