
"Füzuli" - "Hypers Quba" matçında 6 qollu heç-heçə
0
Futbol üzrə Azərbaycan 2-ci Liqasında 17-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, səfərdə "Füzuli"nin qonağı olan "Hypers Quba" matçdan 3:3 hesablı heç-heçəylə ayrılıb.
Qeyd edək ki, bu nəticədən sonra turnir cədvəlində "Hypers Quba" 32 xalla 4-cü, "Füzuli" isə 8 xalla sonuncu pillədə qərarlaşıb.



