
"Futbolçular indi "doqquz nömrə" olmaq istəmirlər"
0
"Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi müasir futbolda “təmiz hücumçular” mövzusunda fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Runi öz açıqlamasında bunları qeyd edib:
“O fikirdəyəm ki, indi futbolçular “doqquz nömrə” mövqeyində oynamaq istəmirlər. Dünyaya baxsanız, belə oyunçular çox deyil. Bu yalnız İngiltərəyə aid deyil.
Hamı Məhəmməd Salah və ya Lionel Messi kimi olmaq istəyir. İndi təmiz hücumçu oynayanda topa o qədər də tez-tez toxunmur, üstəlik Kiliyan Mbappe və ya Erling Holand kimi fürsətləri amansızlıqla realizə etmək lazımdır. İndiki zamanda “doqquz nömrə”lər yoxdur. Hətta Harri Keyn də artıq tam olaraq “doqquz nömrə” deyil”.



