"Futbol bu gün gördüyümüz səviyyəyə Peres sayəsində çatıb"    - Ronaldo

"Futbol bu gün gördüyümüz səviyyəyə Peres sayəsində çatıb" - Ronaldo

 
0

“Real”ın və Braziliya millisinin sabiq hücumçusu Ronaldo Madrid klubunun prezidenti Florentino Peresin futbola təsiri barədə danışıb.

Sportal.az xəbər verir ki, əfsanəvi futbolçu öz açıqlamasında maraqlı məqamlara toxunub:

“Mən universitetdə oxumadım, çünki 17 yaşımda artıq PSV-də oynayırdım. Dünyanı gəzib oynaya-oynaya, prezidentlərdən, marketinq və maliyyə direktorlarından öyrənərək MBA dərəcəsi qazandım.

"Real" xüsusi bir klubdur, çünki ilk dəfə bir prezident futbol dünyasını bütün aspektlərdə dəyişdi. Florentino Peres tanıdığım ən yaxşı prezidentdir. Klubun 300 milyon avro borcu var idi. Florentino məşq bazasını bu məbləğə satdı və hava limanının yaxınlığında başqa bir torpaq sahəsi aldı. O, əvvəlcə Fiqonu, sonra Zidanı, məni və Bekhemi transfer edərək güclü futbolçulara investisiya qoydu. O, insanların futbola baxışını dəyişdi. Bu, futbol sənayesində ən böyük dəyişiklik oldu. Futbol bu gün gördüyümüz halına Florentino Peres sayəsində çatıb. O mənim üçün ata kimidir və aramızda möhkəm dostluq var."

PaylaşPaylaş

Şərhlər yüklənir...