
FKSB-nin hücumçusu "Qarabağ" haqda danışdı: "Sensasion performns göstərdilər"
0
Rumıniyanın FKSB klubunun hücumçusu Daniel Bırlica "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki çıxışı barədə danışıb.
Sportal.az xəbər verir ki, “sport.ro” portalına danışan rumın hücumçu Azərbaycan çempionu haqda bunları deyib:
“Mən "Qarabağ"ın oyunçuları ilə çox danışmamışam. Amma düşünürəm ki, məşqçilər danışıb və məsləhətləşiblər. (FKSB və "Qarabağ" Antalyadakı eyni idman kompleksində məskunlaşıb - red.). Bu mövsüm Çempionlar Liqasında nələrə nail olduqlarını gördük. "Qarabağ"ı təbrik edirəm, bu, sensasion bir performans idi və onlar daha çox şeyə nail ola bilərlər”.
Ötən ilin yanvar ayında "Qarabağ" və FKSB Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda Bakıda (2:3) qarşılaşmışdı.



