
"Fiorentina" baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ
0
İtaliya A Seriyasında növbəti baş məşqçi istefası gerçəkləib.
Sportal.az xəbər verir ki, "Fiorentina" Stefano Pioli ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. 60 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Stefano Pioli mövsümün əvvəlində "Fiorentina"nın baş məşqçisi postuna təyin olunmuşdu. Florensiya təmsilçisi A Seriyasında keçirdiyi 10 oyunda 4 heç-heçə edib, 6 dəfə məğlub olub. Komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.



