"Fənərbaxça"ya 10 milyon avro təklif edəcəklər

"Fənərbaxça"ya 10 milyon avro təklif edəcəklər

 
0

"Betis" "Fənərbaxça"dan icarəyə götürdüyü Sofian Amrabatla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İspaniya klubu mərakeşli yarımmüdafiçinin transfer hüquqlarına yiyələnmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Ağ-yaşıllar" 29 yaşlı dayaq yarımmüdafiəçisi üçün İstanbul nəhənginə 10 milyon avro təklif edəcək.

Qeyd edək ki, "Betis" Sofian Amrabatı mövsümün əvvəlində icarəyə götürüb. Mərakeş millisinin üzvü La Liqa təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...