
"Fənərbaxça"nın yeni transferi zədələndi - 2-3 həftə oynamayacaq
0
"Fənərbaxça"nın müdafiəçisi Nelson Semedonun durumuna aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Benfika" ilə cavab matçında (0:1) sıradan çıxıb.
Semedonun qasıq nahiyəsində zədə aşkarlanıb. 31 yaşlı sağ cinah müdafiəçisi 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbaxça" Nelson Semedonu ötən ay "Vulverhempton"dan transfer edib. Portuqaliya millisinin üzvü İstanbul təmsilçisinin heyəətində 6 rəsmi matçda meydana çıxıb.



