"Fənərbaxça"nın futbolçusu 3 həftə komandasına kömək edə bilməyəcək

"Fənərbaxça"nın futbolçusu 3 həftə komandasına kömək edə bilməyəcək

 
0

Daha öncə qeyd etdiyimiz kimi, "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib. Belə ki, İstanbul nəhənginin aparıcı oyunçularından olan Marko Asensio Türkiyə çempionatının 28-ci turunun "Beşiktaş"la matçının 24-cü dəqiqəsindən dizindən zədələnərək meydanı tərk edib.

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça" Marko Asensionu mövsümün əvvəlində PSJ-dən transfer edib. İspaniya millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 13 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...