"Fənərbaxça"nı bu kluba dəyişdi

"Fənərbaxça"nı bu kluba dəyişdi

 
0

"Əl-Nəsr"in futbolçusu, icarə əsasında "Fənərbaxça"da çıxış edən Con Duran Türkiyədən ayrılıb.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı hücumçu "Zenit"lə anlaşıb.

O, Sankt-Peterburq təmsilçisi ilə icarə müqaviləsi imzalayacaq.

22 yaşlı futbolçunun "Əl-Nəsr"lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir.

Kolumbiyalı bu mövsüm "Fənərbaxça"nın heyətində 21 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib. Duran "Enviqado" və "Çikaqo" klublarında da oynayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...