
Əliyar Ağayev "Arsenal"ın matçına təyinat aldı
0
FİFA referisi, azərbaycanlı hakim Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Sportal.az xəbər verir ki, o, Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək Çexiyanın “Slaviya” və İngiltərənin “Arsenal” komandaları arasındakı oyunun baş hakimi olacaq.
Ona kömək edəcəklər: yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli, eləcə də dördüncü hakim Elçin Məsiyev.
Matç noyabrın 4-də Praqada keçiriləcək.



