
"Elə oyunlar olub ki, o, qol vura bilərdi, amma bunun əvəzinə assist etməyi seçib"
Roberto Martínes Portuqaliya millisinin baş məşqçisi kimi Kriştiano Ronaldonun 1000 qol hədəfi ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Marines öz açıqlqmasında bunları qeyd edib:
“Bizim elə oyunlarımız olub ki, Kriştianu qol vura bilərdi, amma assist etməyi seçdi. Mən bu cəhəti çox yüksək qiymətləndirirəm. Bu, çox vacibdir. Hücumçu olmaq təkcə qol vurmaq deyil, həm də cərimə meydançasında düzgün qərarlar verməkdir. Bunun üçün də məhsuldar ötürmələr var və çox vaxt assistlər qollardan daha vacib olur.
Söhbət 30 oyunda 25 qol vurmuş bir hücumçudan gedir. Amma mən onun məhz cərimə meydançasındakı davranışını daha çox dəyərləndirirəm.
Kriştianonun 1000-ci qol barədə kənardan deyildiyi kimi bir obsesiyası yoxdur. Çünki o, meydanda belə davranmır. Klubunda necədir, deyə bilmərəm, amma millidə o, tam fərqli cür çıxış edir,” – deyə Martines bildirib.



