"Deyəsən, qol vurmaq mənim üçün təbii hala çevrilib" -    yığmamızla görüşdə fərqlənən müdafiəçi

"Deyəsən, qol vurmaq mənim üçün təbii hala çevrilib" - yığmamızla görüşdə fərqlənən müdafiəçi

 
0

Portuqaliyanın U-21 yığma komandasının müdafiəçisi Tiaqo Parente AVRO-2027 seçmə mərhələsinin B qrupunun 6-cı turunda Bakıda Azərbaycan üzərində 4:0 hesablı qələbə qazandıqları oyunu şərh edib.

Sportal.az xəbər verir ki, “Record.pt” portalına danışan müdafiəçi yığma komandamıza vurduğu qoldan da danışıb:

“Həqiqətən də çətin oyun idi. Çünki Azərbaycan çox dərinliyə çəkilmişdi, müdafiədə idi. Qol şansları yaratsaq da, onların müdafiə xəttini yarmaq çətin oldu. Mükəmməl son ötürmə və zərbə çatışmırdı. İkinci hissədə bunu yaxşılaşdırdıq. İlk qoldan sonra hər şey asanlaşdı. Deyəsən, qol vurmaq mənim üçün təbii hala çevrilib. Bu, oyun tərzimizlə bağlıdır - müdafiəçilər cərimə meydançasında çox aktivdirlər. Məşqçilər heyətinin bizdən tələb etdiyi də məhz budur, rəqibin cərimə meydançasında çox aktiv olmağımızı istəyirlər”.

PaylaşPaylaş

Şərhlər yüklənir...