Dele Alli karyerasını bitirir?

Dele Alli karyerasını bitirir?

 
0

Dele Alli karyerasını bitirə bilər.

Sportal.az xəbər verir ki, "Komo"nun yarımmüdafiəçisi bu ilin mart ayında İtaliya klubu ilə debüt edib və oyuna daxil olduqdan qısa müddət sonra qırmızı vərəqə alıb. O vaxtdan bəri meydanda görünməyib.

Beləliklə, ingilis futbolçunun son iki il yarımda cəmi bir oyunu olub.

"La Gazzetta dello Sport"un məlumatına görə, 29 yaşlı Alli əsas komandadan ayrı, hal-hazırda heyətə düşə bilməyən digər oyunçularla birlikdə məşq edir. O, karyerasını bitirmək ehtimalını ciddi şəkildə düşünür.

PaylaşPaylaş

Şərhlər yüklənir...