David Vilya "Atletiko" rəhbərliyində

David Vilya "Atletiko" rəhbərliyində

 
0

İspaniya millisinin sabiq hücumçusu David Villa Atletiko"nun Direktorlar Şurasının üzvü olub.

Sportal.az xəbər verir ki, 44 yaşlı funksioner klubun idarəetmə orqanında məsləhətçi kimi fəaliyyət göstərəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqa nəhəngi rəhbər heyəti rəsmi olaraq yenidən seçib. Klubun prezidenti vəzifəsində Enrike Sereso qalıb. Migel Anxel Gil Marín isə baş direktor kimi fəaliyyətini davam etdirəcək. Ümumilikdə, Vilya da daxil olmaqla Direktorlar Şurasına 11 nəfər daxil edilib.

Divid Vilya 2013/14 mövsümündə "Atletiko"da çıxış edib. Komanda həmin mövsümdə Dieqo Simeonenin rəhbərliyi altında İspaniya çempionu olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...