"Çelsi"nin portuqaliyalı futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

"Çelsi"nin portuqaliyalı futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

 
0

"Çelsi" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turu çərçivəsiində Bakıda "Qarabağ"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, İngiltərə klubu oyuna ciddi itki ilə çıxacaq.

Pedru Netu Bakıdakı matçda komanda kömək edə bilməyəcək. Bu barədə komandanın baş məşqçisi Entso Mareska məlumat verib. Portuqaliyalı vinger Premyer Liqanın 10-cu turunun "Tottenhem"lə səfər matçında (1:0) zədələnib.

"Çelsi" Pedru Netunu 2024-cü ilin yayında "Vulverhempton"dan 60 milyon avroya transfer edib. 25 yaşlı futbolçu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 20 oyunda 5 qol vurub, 2 qol ötürməsi edib.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" qarşılaşması sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...