
"Çelsi" ingiltərəli futbolçu ilə 6 illik müqavilə bağladı - RƏSMİ
0
“Çelsi” “İpsviç” klubunun hücumçusu Liam Delapın transferini rəsmən elan edib.
Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə,London klubu 22 yaşlı forvardla 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. İngiltərə Premyer Liqasından aşağı liqaya düşən “İpsviç” Liam üçün 30 milyon funt sterlinq alacaq.
Qeyd edək ki, ötən mövsüm ingiltərəli futbolçu Premyer Liqada keçirdiyi 37 oyunda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.



