
"Çelsi" 17 yaşlı braziliyalı ilə maraqlanır
0
“Çelsi” "Kruzeyro"nun braziliyalı hücumameyilli yarımmüdafiəçisi Felipe de Morayşın transferi ilə maraqlanır.
Sportal.az xəbər verir ki, bu barədə "Chelsea Chronicle" məlumat yayıb.
İngiltərə klubunun skautları həm yarımmüdafiənin mərkəzində, həm də hücumun hər iki cinahında oynaya bilən futbolçunun potensialını yüksək qiymətləndirirlər.
17 yaşlı oyunçu artıq öz nəslinin ən parlaq braziliyalı yarımmüdafiəçilərindən biridir. O, dünya çempionu olan əfsanəvi Kaka ilə müqayisə olunur. De Morayş “Kruzeyro”nun yetirməsidir. Gənc futbolçu gənclər yığmalarındakı çıxışları sayəsində Avropa klublarının diqqətini cəlb etməyi bacarıb.



