"Bütün dünya bizə həsəd aparacaq"    - "Barselona"nın prezidentliyə namizədi

"Bütün dünya bizə həsəd aparacaq" - "Barselona"nın prezidentliyə namizədi

 
0

"Barselona"nın prezident seçkilərində namizədliyini irəli sürən Víktor Font  seçki kampaniyasını tərəfdarları qarşısında çıxış edərək başa vurub.

Sportal.az xəbər verir ki, seçkilər sabah keçiriləcək. Səsvermədə ən azı bir il üzvlük stajı olan, yetkin və kluba üzvlük haqqı ödəyən üzvlər iştirak edə bilərlər.

“Bazar ertəsindən etibarən "Barselona"nın tarixi dəyişəcək. Komanda hamıya məxsus olacaq, bütün azarkeşlər üçün qapılarını açacaq və artıq nə klub tarixinin ən böyük futbolçusu, nə də bu klubu böyük edən əfsanələrlə əlaqələri kəsməyəcək.

Bazar ertəsindən klub üzvlərinin yalnız prezidentə səs verə bildiyi, amma başqa məsələlərdə demək olar ki, söz sahibi olmadığı vəziyyət də dəyişməyə başlayacaq. Biz klubun idarə olunması üçün şəffaf bir struktur yaradacağıq. Qələbə qazanmağımızdan asılı olmayaraq, bütün dünya bizə həsəd aparacaq. "Barselona" elə bir təşkilat olacaq ki, burada aidiyyət hissi və ‘klubdan daha artıq’ anlayışı dəyişməz reallığa çevriləcək.

Bəzi insanlar bizim niyə bu qədər səy göstərdiyimizi, niyə bu seçki yarışında iştirak etmək istədiyimizi anlamadıqlarını deyirdilər. Onlar bizi inandırmağa çalışırdılar ki, heç bir rəqabət yoxdur.

Amma minlərlə "Barselona" azarkeşinin müdafiə etdiyi məsələ ayrı-ayrı şəxslərdən və adlardan daha böyükdür. Onlar dürüst və şəffaf klub uğrunda çıxış edirlər. Bu, milli miqyaslı bir məsələdir. Dəyişiklik dalğası artıq gəlib və onu dayandırmaq mümkün deyil”, – deyə Font bildirib.

PaylaşPaylaş

Şərhlər yüklənir...