Bu futbolçu “Neftçi”ni izləməyə başladı –    ukraynalı paytaxt klubuna keçir?

Bu futbolçu “Neftçi”ni izləməyə başladı – ukraynalı paytaxt klubuna keçir?

 
0

Ötən həftə Ukrayna mətbuatı “Rux”un futbolçusu Denis Pidqurskinin “Neftçi”yə keçəcəyi ilə bağlı xəbər dərc etmişdi. Onun “ağ-qaralar”a qoşulub-qoşulmayacağı isə hələ ki dəqiq bilinmir. Amma ukraynalının atdığı addım transferin reallaşa biləcəyinə düşündürməyə vadar edib.

Sportal.az saytının araşdırmasına əsasən, Denis şəxsi instaqram səhifəsində “Neftçi”ni izləməyə alıb. Belə ki, o, transfer iddiaları çıxdıqdan sonra paytaxt klubunu “follou” edib.  "Neftçi" ukraynalı üçün daha maraqlı gəldiyini düşünsək, onun transferinin reallaşmaq ehtimalının olduğunu fikirləşmək mümkündür.

22 yaşlı dayaq yarımmüdafiəçisinin "Rux"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, "Karpatı"nın yetirməsi və sabiq futbolçusudur.

Mirbağırağa

PaylaşPaylaş

Şərhlər yüklənir...