Britaniya Hərbi Hava Qüvvələri pilotlarının təcrübəsindən yararlanacaqlar -    ünsiyyəti yaxşılaşdırmaq üçün

Britaniya Hərbi Hava Qüvvələri pilotlarının təcrübəsindən yararlanacaqlar - ünsiyyəti yaxşılaşdırmaq üçün

 
0

Mikel Arteta “Arsenal”da Britaniya Hərbi Hava Qüvvələri pilotlarının təcrübəsindən istifadə etməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, “The Telegraph”ın məlumatında baş məşqçi “topçular”a Kral Hərbi Hava Qüvvələrinin qırıcı pilotlarından ibarət bir qrup dəvət etməyi düşünür ki, oyunçularla ünsiyyəti təkmilləşdirsin. İspan mütəxəssis daim ünsiyyət tərzini inkişaf etdirməyin yollarını axtarır və bu məsələdə necə daha effektiv ola biləcəyini klubla müzakirə edib. O, öz açıqlamasında bunları qeyd edib:

"Britaniya qırıcı pilotları. Mən bu adamlarla əlaqə saxlayacağam, onların necə ünsiyyət qurduqlarını öyrənəcəyəm, çünki bu, həyat və ölüm məsələsidir. Əminəm ki, onlarda bir söz kifayət edəndə 20 ifadə və ya 20 söz işlədilmir. Onlar demirlər ki: ‘Yox, külək bura əsir, indi sola dönməlisən’, – vəssalam, gec ola bilər. Deməli, təkcə bir söz kifayət etməlidir".

PaylaşPaylaş

Şərhlər yüklənir...