Braziliya millisinin sabiq forvardı karyerasının son matçında qol vurdu

Braziliya millisinin sabiq forvardı karyerasının son matçında qol vurdu

 
0

Braziliya millisinin sabiq forvardı Vaqner Lav aktiv futbolçu karyerasını başa vurub.

Sportal.az xəbər verir ki, Vaqner son matçında da qol vurub.

Belə ki, o, Braziliyada Nodersdet kubokunda “Retro”nun heyətində “Seara”ya qarşı(3:1) keçirilmiş görüşdə 94-cü dəqiqədə fərqlənib.

Bu qol onun karyerasındakı 423-cü qol kimi tarixə keçib. Vaqner Lavın “Retro”da (Braziliya üçüncü divizionu) köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcəyi bildirilir.

Vaqner karyerası ərzində “Palmeyras”, ÇSKA(Moskva), “Flamenqo”, “Şandonq Lunenq”, “Korintians”, “Monako”, “Alanyaspor”, “Beşiktaş”, “Kayrat”, “Midtyulland”, “Sport Resife”, “Atletiko Qoyaniense”, “Avai” klublarında oynayıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...