
"Bizim münasibətimiz ata-oğul kimi idi" - "Mançester Yunayted"in hücumçusu
"Mançester Yunayted"in hücumçusu Amad Diallo Ruben Amorimin postundan göndərilməsi barədə danışıb.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan gənc futbolçu portuqaliyalı mütəxəssislə ata-oğul kimi olduqlarını deyib:
"Bu, çətin mövzudur. Onun ayrılığına kədərləndim. Çünki o, mənə həqiqətən inkişaf etməyə imkan verdi və "Mançester Yunayted"də oynamaq üçün daha çox imkan yaratdı. Çox kədərləndim. Hətta ona həyatımda və xüsusən də karyeramda mənim üçün etdiyi hər şeyə görə təşəkkür mesjaı da yazdım. Bizim münasibətlərimiz sanki ata-oğul kimi idi. O, məni başa düşdü, mənə çoxlu məsləhət verdi və meydanda mənə azadlıq yaratmışdı. Bunun belə baş verməsi təəssüf doğurur, amma bu, həyatdır. Uyğunlaşmağı bacarmalısan. Ona həyatda və klubda ən yaxşısını arzulayıram".
Ruben Amorim 2024-cü il noyabrın 11-dən 2026-cı il yanvarın 5-ə qədər Mançester klubunu çalışdırıb.



