"Bizə bunun ancaq “Qarabağ” azarkeşləri üçün keçərli olduğunu bildirdilər" -    "Sabah" rəsmisi

"Bizə bunun ancaq “Qarabağ” azarkeşləri üçün keçərli olduğunu bildirdilər" - "Sabah" rəsmisi

 
0

“Qarabağ” Azərbaycan Kuboku yarımfinal mərhələsinin ilk oyununda bu gün “Sabah”la üz-üzə gələcək. Ağdam təmsilçisi matçdan öncə stadiona gələn xanım və 15 yaşadək azyaşlı azarkeşlərin biletləri pulsuz əldə edəcəyini açıqlayıb.

Lakin bu "Sabah" azarkeşləri üçün şamil edilmir. Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportal.az saytına məsələ ilə bağlı bunları deyib:

“Qarabağ” klubunun bu oyun üçün qadınlara və 15 yaşadək uşaqlara biletin ödənişsiz olacağı ilə bağlı məlumatı yayımlandıqdan dərhal sonra kluba müraciət edərək bunun bizə də aid olub-olmaması ilə maraqlandıq. Lakin qarşı tərəfdən bizə bunun ancaq “Qarabağ” azarkeşləri üçün keçərli olduğunu bildirdilər. Qeyd edim ki, komandamızın oyunlarına akademiyamızın bir çox üzvü valideynləri ilə birlikdə gəlirlər. Bundan əlavə, klubumuzun azarkeşləri arasında da kifayət qədər 15 yaşa qədər azarkeş var. Klub tərəfindən bizə göndərilən sorğuda bu azarkeşlərin hamısı üçün biletləri ancaq müvafiq ödənişlə əldə edə biləcəyimiz qeyd edildi. Buna görə, akademiyamızın yetirmələrinin və valideynlərinin biletləri klubumuz tərəfindən müvafiq ödəniş edilərək əldə edildi”.

PaylaşPaylaş

Şərhlər yüklənir...