"Biz sadəcə dünya çempionatına vəsiqə qazanmağa ümid edirik, amma məqsəd kuboku qazanmaq olmalıdır"

"Biz sadəcə dünya çempionatına vəsiqə qazanmağa ümid edirik, amma məqsəd kuboku qazanmaq olmalıdır"

 
0

Fabio Borini İtaliya futbolunun vəziyyəti ilə bağlı geniş açıqlama verib.

Sportal.az xəbər verir ki, İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib, pley-off finalında Bosniya və Herseqovinaya penaltilərlə uduzub (1:1, 1:4).

“Millimizin dünya çempionatında olmaması sürreal görünür. Mən orada olacağımıza inanırdım, amma bu baş vermədi. Bu il milliyə əvvəlkindən daha çox bağlılıq hiss edirdim və orada olmayacağımıza inanmaq çətindir. Hazırda İtaliyada hər şeyin dəyişməli olduğu deyilir. Federasiya prezidentindən başlayaraq aşağıya doğru. Amma bu dəyişikliklərin yaxşı, yoxsa pis olacağını bilmirik.

İtaliya futbolu geri qalıb, buna inanın. Hətta İngiltərə ilə müqayisədə belə geridədir. Almaniya, Fransa və İspaniya futbolundan isə onilliklərlə geri qalır. Bu həm infrastrukturda, həm də oyunçu hazırlığında özünü göstərir.

2007-ci ildə "Çelsi"də etdiyim bəzi şeylər bu günə qədər İtaliyada tətbiq olunmur. Məsələn, peşəkar futbolçu olmağı öyrənmək, bu çox vacibdir. İtalyan futbolçular gec yetişir: İngiltərədə 20–22 yaşlı oyunçular artıq əsas heyətdə oynayır, amma İtaliyada bu yaşda hələ oynamaya bilərsən, bu isə absurddur.

Biz dünya çempionatına sadəcə vəsiqə qazanmağa ümid etməməliyik, məqsəd kuboku qazanmaq olmaqdır. Amma hazırda biz yalnız seçmə mərhələni keçməyə ümid edirik. Bu isə 2006-cı illə müqayisədə ciddi geriləmədir”, – deyə 35 yaşlı futbolçu Borini bildirib.

PaylaşPaylaş

Şərhlər yüklənir...