
"Biz Messi və Ronaldoya bənzəyirdik"
0
“Bavariya”nın və Almaniya millisinin sabiq yarımmüdafiəçisi Lothar Matteus Dieqo Maradona ilə rəqabəti barədə danışıb.
Sportal.az xəbər verir ki, 64 yaşlı sabiq futbolçu öz açıqlamasında bunları qeyd edib:
"Dieqo Maradona mənim nəslimin ən yaxşı futbolçusu idi. Əlbəttə ki, məndən sonra (gülür).
Aramızda futbol dostluğu var idi. O dövrdə biz Lionel Messi və Kriştiano Ronaldoya bənzəyirdik. Rəqabət onları böyük oyunçu edir. Biz Dieqo ilə meydanda rəqib idik. Komandalarımız və ölkəmiz üçün mübarizə aparırdıq. Dieqo məni daha güclü edirdi, mən də onu. Bir-birimizə xeyir verirdik."



